İtaliya klubu Torreyra üçün hərəkətə keçməyə hazırlaşır

İtaliyanın "Fiorentina" klubu "Qalatasaray"ın uruqvaylı futbolçusu Lukas Torreyra ilə maraqlanır.

Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Məlumata görə, 30 yaşlı yarımmüdafiəçi də İtaliya klubunun marağına müsbət yanaşır.

Bildirilir ki, "Fiorentina" yay transfer pəncərəsində də Torreyra ilə maraqlanıb. Klubun qış transfer dövründə yenidən "Qalatasaray"a müraciət etməyə hazırlaşdığı iddia olunur.

Qeyd edək ki, Lukas Torreyra "Qalatasaray"ın heyətində indiyədək 188 oyuna çıxıb, 12 qol vurub və 19 məhsuldar ötürmə edib. Onun klubla müqaviləsi 2028-ci ilədək qüvvədədir.