Prezident bu hərbçilərə ali hərbi rütbələr verdi - Adlar

Prezident İlham Əliyev Müdafiə Nazirliyinin bir sıra hərbi qulluqçularına ali hərbi rütbələr verilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncama əsasən, general-mayor Zaur Rüstəmova general-leytenant hərbi rütbəsi verilib.

Bundan başqa, polkovniklər Elnur Ələsgərli, Hikmət Əliyev və Telman Hüseynov general-mayor ali hərbi rütbəsinə layiq görülüblər.