ABŞ-nin Azərbaycandakı səfirliyi gələn həftə üç gün işləməyəcəyi barədə məlumat verib.
Bu barədə məlumat diplomatik missiyanın "X" sosial şəbəkəsindəki hesabında paylaşım edilib.
Qeyd olunub ki, səfirlik Azərbaycanın milli bayramları: 8 Noyabr - Zəfər Günü və 9 noyabr - Dövlət Bayrağı Günü ilə əlaqədar bağlı olacaq.
Bundan əlavə, diplomatik missiya ABŞ-nin Veteranlar Günü bayramı ilə əlaqədar noyabrın 11-də fəaliyyət göstərməyəcək.
"Səfirlik işini noyabrın 12-də bərpa edəcək. Əgər siz ABŞ vətəndaşısınızsa və bu müddət ərzində təcili yardıma ehtiyacınız varsa, zəhmət olmasa +994 12 488 33 00 nömrəsinə zəng edin", - diplomatik missiyadan bildirilib.