AZƏRTAC bu gün saat 12:00-dək olan əsas xəbərləri təqdim edir: Bakı, 5 noyabr, AZƏRTAC Prezident İlham Əliyev “BMT İdarəetmə İnnovasiyaları Sammiti: Gələcəyə hazır təsisatların inkişafı” beynəlxalq tədbirinin iştirakçılarına müraciət ünvanlayıb. Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir. Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti işə başlayıb. ABŞ İran neftini daşıyan Hindistanın dənizçilik şəbəkəsinə sanksiya tətbiq edib. “ASAN xidmət” Cibuti və Şri-Lanka ilə anlaşma memorandumları imzalayıb. Fransada etiraz nümayişləri və tətillər başlayır. FHN gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib. Komitə sədri: 2027-ci ildə orta aylıq pensiya məbləğinin 640 manat olacağı proqnozlaşdırılır. Gələn il bir sıra sosial müavinətlər artırılacaq.