AZƏRTAC bu gün saat 12:00-dək olan əsas xəbərləri təqdim edir Bakı, 4 noyabr, AZƏRTAC Azərbaycanın ilk beynəlxalq daşınmaz əmlak sərgisi – AIREX 2026 işə başlayıb. BDYPİ dumanlı hava şəraiti ilə əlaqədar sürücülərə və piyadalara müraciət edib. Bakıda 3-cü Beynəlxalq Sağlamlıq Turizmi Konfransı işə başlayıb. ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb. Parlamentdə 2027-ci ilin dövlət büdcəsi müzakirə edilir. İkitəkərli nəqliyyat vasitələrinin sürücülərinə piyada keçidləri ilə bağlı xəbərdarlıq. Demokratlar Partiyası ABŞ Nümayəndələr Palatasında da qalib gəlib. Səudiyyə Ərəbistanından Azərbaycana göndərilən qurban əti 7 min ailəyə çatdırılacaq. 2027-ci il üzrə büdcə siyasətinin əsas istiqamətləri və prinsipləri açıqlanıb.