İspaniyanın “Real Madrid” klubunun baş məşqçisi Joze Mourinyo UEFA Çempionlar Liqasında Madrid klubunun çalışdırıcıları arasında qələbə faizinə görə Karlo Ançelottini geridə qoyub.
Portuqaliyalı mütəxəssis turnirin Liqa mərhələsinin IV turunda Yunanıstanın AEK klubu ilə keçirilən və 3:2 hesabı ilə başa çatan görüşdə 28-ci qələbəsini qazanıb.
Mourinyo “Real Madrid”ə rəhbərlik etdiyi müddətdə Çempionlar Liqasında ümumilikdə 40 matça çıxıb. O, bu qarşılaşmaların 70 faizində qələbə qazanıb.
Beləliklə, ən azı 10 oyunda “Real Madrid”ə rəhbərlik etmiş baş məşqçilər arasında ən yüksək qələbə faizinə malik olan Mourinyo bu göstəricidə Karlo Ançelottini qabaqlayıb.