Ermənistan parlamenti TRIPP layihəsi (Zəngəzur dəhlizi) ilə bağlı fövqəladə iclas keçirəcək.
Müvafiq qərar cümə axşamı hökumət iclasında təsdiqlənib.
Fövqəladə iclasın gündəliyinə Ermənistanda 25% və ya daha çox dövlət payı olan beynəlxalq müqavilələr çərçivəsində yaradılan şirkətlərin hüquqi münasibətlərini tənzimləyəcək Səhmdar Cəmiyyətlər haqqında Qanuna düzəlişlər layihəsi daxildir.
Bu düzəliş marşrutun tikintisi və idarə olunması üçün yaradılan TRIPP İnkişaf Şirkətinin işini tənzimləməyə kömək edəcək, lakin beynəlxalq səviyyədə yaradıla biləcək digər şirkətlər üçün də nəzərdə tutulub.
Qanun layihəsinin dərhal qəbul edilməsi təklif olunur (birinci oxunuşdan sonra 24 saat ərzində ikinci oxunuş keçirilməlidir).
Xatırladaq ki, oktyabrın 28-də parlament Ermənistan və ABŞ arasında TRIPP marşrutu üzrə hökumətlərarası çərçivə sazişini ratifikasiya edib.