Yəmən husiləri Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda yerləşən Kral Xalid Beynəlxalq Hava Limanına ballistik raketlə zərbə endirdiklərini iddia ediblər.
Bu barədə hərəkatın hərbi nümayəndəsi Yəhya Saria məlumat yayıb.
Onun sözlərinə görə, raket zərbəsi hədəfə dəqiq dəyib və ciddi maddi ziyana səbəb olub. Bəyanat husilərin nəzarətində olan SABA agentliyində dərc edilib.
Saria beynəlxalq aviaşirkətləri, onların əməkdaşlarını və sərnişinlərini Səudiyyə Ərəbistanının hava məkanından istifadə etməməyə çağırıb.
O, yalnız Məkkə və Mədinə şəhərlərinin üzərindəki hava məkanının istisna təşkil etdiyini bildirib.