Yəməndəki “Ənsar Allah” hərəkatı Səudiyyə Ərəbistanının dərinliklərində pilotsuz uçuş aparatları ilə əməliyyat həyata keçirib.
Bunu husilərin hərbi qanadının sözçüsü Yahya Səriyə açıqlayıb.
O bildirib ki, son 48 saat ərzində hərəkatın Silahlı Qüvvələri iki mərhələdə iki dronla Dammam hava limanını hədəfə alıb.
Onun sözlərinə görə, əməliyyat uğurla nəticələnib və hava limanında uçuşların dayandırılmasına səbəb olub.