Cəlilabad, 4 noyabr, AZƏRTAC 8 Noyabr – Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar Cəlilabad rayonunda ağacəkmə aksiyası təşkil olunub.AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir Cəlilabad Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilib. Aksiyada Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, aparatın məsul əməkdaşları, hüquq-mühafizə orqanlarının nümayəndələri, idarə, müəssisə və təşkilat rəhbərləri, şəhid ailələri, müharibə əlilləri, ərazi nümayəndələri və bələdiyyə sədrləri iştirak ediblər.Tədbir çərçivəsində Cəlilabad rayonunda yerləşən “Nar Bağı” ailəvi-uşaq parkının ərazisində 150 ədəd zeytun və nar ağacı əkilib, yeni salınan yaşıllıqlar suvarılıb.Ərazidə yaşıllıqların qorunması və ağacların inkişafının təmin edilməsi məqsədilə müvafiq tədbirlər görülüb, əkilən tinglərə aqrotexniki qaydada qulluq göstərilib. Müxbir - İlkin Adıyev