ABŞ-ın müdafiə naziri Pit Heqset Konqres üzvlərinin onun istefasına nail ola bilməyəcəyini bildirib.
O, demokratlarla birlikdə impiçment təşəbbüsü irəli sürən konqresmenləri siyasi rəqibləri adlandırıb və bunun prezident Donald Trampa qarşı iki dəfə uğursuz olan cəhdlərə bənzədiyini deyib.
Qeyd edək ki, respublikaçı konqresmen Tomas Massi Heqsetin impiçmenti ilə bağlı qətnamə irəli sürməyə hazır olduğunu açıqlayıb.
Bir sıra demokrat və bəzi respublikaçılar onun ABŞ-İran münaqişəsi ilə bağlı fəaliyyətindən narazılıqlarını bildiriblər.
Tramp daha əvvəl Heqseti vəzifədən uzaqlaşdırmaq niyyətində olmadığını desə də, “CBS News” prezidentin köməkçiləri ilə nazirin mümkün istefasını müzakirə etdiyini yazıb.