ABŞ prezidenti Donald Tramp Rusiyanın və ABŞ-ın təkcə Ukraynada deyil, bütövlükdə Avropada təhlükəsizlik məsələləri üzrə də razılaşmaya yaxın olduğunu düşünür.
Tramp bu barədə cümə axşamı Ağ Evdə jurnalistlərlə söhbəti zamanı danışıb.
“İnanın, razılaşma olacaq. Bu, böyük razılaşma olacaq və Ukraynadan daha geniş məsələləri əhatə edəcək. Hətta deyərdim ki, bütün Avropaya aid ola bilər”, – o deyib.