Sabirabad, 6 noyabr, AZƏRTAC8 Noyabr – Zəfər Gününün 6-cı ildönümü ərəfəsində Mil-Muğan Regional Təhsil İdarəsinin təşkilatçılığı ilə tədbir keçirilib.Mil-Muğan Regional Təhsil İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, 44 günlük Vətən müharibəsinə həsr olunan şagirdlərin rəsm və əl işlərindən ibarət sərgi baxış olub. Sərgidə nümayiş etdirilən əsərlərdə şagirdlərin Vətənə sevgisi, qəhrəmanlıq tariximizə ehtiramı və tarixi Zəfərdən duyduqları qürur öz əksini tapıb. Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Çıxışlarda 2020-ci ilin 44 günlük Vətən müharibəsində Azərbaycan xalqının nümayiş etdirdiyi birlik və həmrəylikdən, Müzəffər Azərbaycan Ordusunun misilsiz qəhrəmanlığından, hərbi qulluqçularımızın şücaətindən və Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əldə olunan tarixi Zəfərin əhəmiyyətindən bəhs olunub.Bildirilib ki, təhsil müəssisələrinin üzərinə düşən əsas vəzifələrdən biri də Zəfər tariximizi gələcək nəsillərə düzgün çatdırmaq, Vətənə bağlı, milli-mənəvi dəyərlərə hörmətlə yanaşan vətəndaşlar yetişdirməkdir. Sonra şagirdlərin ifasında vətənpərvərlik mövzusunda şeirlər səsləndirilib və müxtəlif musiqi nömrələri ifa edilib. Müxbir-Aydın Yavərzadə