Əsas qəhrəman prezident deyil, Amerika xalqıdır - Senator

Nyu-Cersi ştatından yenidən senator seçilən Kori Buker seçkilərin nəticələri elan olunduqdan sonra tərəfdarları qarşısında nitqilə çıxış edib.

Bu barədə informasiya senatorun seçki qələbəsindən dərhal sonra təşkil olunan tədbirdə yer alıb.

Belə ki, Kori Buker ölkənin üzləşdiyi iqtisadi və sosial böhranlara toxunaraq mövcud administrasiyanın siyasətini sərt tənqid edib, əsas hədəfin "Amerika arzusu"nu yenidən bərpa etmək olduğunu vurğulayıb. O, hekayənin əsas qəhrəmanının prezident deyil, Amerika xalqı olduğunu bildirərək gənc nəsillərin gələcəyi üçün birgə mübarizə çağırışı edib.

Qeyd edək ki, Nyu-Cersi ştatında yenidən mandat qazanan Kori Buker ABŞ Senatında fəaliyyətini sürdürəcək.