“Sabah”ın U-19 komandası bu gün UEFA Gənclər Liqasında növbəti oyuna çıxıb.
Adino Mustedanaqiçin rəhbərlik etdiyi komanda Norveçdə “Vikinq”in müvafiq yaş qrupu ilə üz-üzə gəlib. Görüş Norveç təmsilçisinin 5:0 hesablı qələbəsi ilə başa çatıb.
Hazırda xalsız olan “Sabah” sonuncu - 36-cı sıradadı.
"Qarabağ"ın U-19 komandası isə UEFA Gənclər Liqasının 2-ci təsnifat mərhələsinin cavab matçına çıxıb.
Rəşad Sadiqovun kollektivi Zaqreb "Dinamo"sunun qonağı olub. Matç Xorvatiya təmsilçisinin 7:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Ağdam təmsilçisi turnirlə vidalaşıb.
Bakıdakı ilk qarşılaşmada da "Qarabağ" rəqibinə uduzub - 1:2.