Melaniya Trampla görüşdə Rusiyanı onlar təmsil edəcək - Foto

Noyabrın 5-də ABŞ-ın birinci xanımı Melaniya Trampla keçiriləcək görüşdə Rusiyanı Prezidentin xarici dövlətlərlə investisiya-iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kirill Dmitriyev və ombudsman Yana Lantratova təmsil edə bilər.

Bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

Onun sözlərinə görə, nümayəndələrin görüşdə iştirakı bütün logistika məsələlərinin həll olunmasından asılıdır.