Bakı, 4 noyabr, AZƏRTAC Kişi voleybolçular arasında keçirilən Superliqada III turun oyunlarına start verilib.AZƏRTAC xəbər verir ki, turun ilk qarşılaşması GİN-in Voleybol Mərkəzində baş tutub.Görüşdə “Azərreyl” və “Ordu” komandaları üz-üzə gəliblər. Rəqibini 3:0 hesabı ilə məğlub edən “Ordu” çempionatda üçüncü qələbəsini qazanıb.Turun növbəti oyunları noyabrın 6-da keçiriləcək. Oyunun nəticəsiSuper Liqa (kişilər)III tur“Azərreyl” – “Ordu” – 0:3 (19:25, 18:25, 24:26)Növbəti oyunlar6 noyabrSuper Liqa (kişilər)III tur17:00. “Gənclər” – “Xilasedici”Abşeron OİK18:00. “Murov Az Terminal” – “Neftçi”GİN-in Voleybol Mərkəzi