Bakı, 4 noyabr, AZƏRTAC Azərbaycanın zəngin musiqi mədəniyyəti, milli alətləri və bəstəkar əsərləri Avropada böyük maraqla qarşılanır. Bu irsin beynəlxalq müstəvidə təbliği, xarici auditoriyaya çatdırılması və Azərbaycan musiqisinin Almaniyada tədris proqramlarına inteqrasiyası fəaliyyətimizin mühüm prioritetlərini təşkil edir.Bu barədə AZƏRTAC-ın müxbiri ilə söhbətində Almaniyada yaşayan və çalışan bəstəkar Xədicə Zeynalova deyib. O, beynəlxalq fəaliyyəti, yaradıcılıq uğurları və gələcək planları barədə də ətraflı məlumat verib.Bəstəkarın sözlərinə görə, onun yaratdığı “Bridge of Sound” beynəlxalq orkestrinin repertuarında Üzeyir Hacıbəylinin, Qara Qarayevin, Fikrət Əmirovun, Arif Məlikovun və Xəyyam Mirzəzadənin əsərləri yer alır. Kollektiv Üzeyir Hacıbəylinin “Koroğlu” operasının üvertürasını, “Leyli və Məcnun” operasından parçaları, “Arazbarı” və “Aşıqsayağı” əsərlərini, Qara Qarayevin “Yeddi gözəl” baletindən parçaları və “İldırımlı yollarla” baletini, eləcə də digər Azərbaycan bəstəkarlarının əsərlərini ifa edir. Fikrət Əmirovun bəzi əsərlərini Xədicə Zeynalova kollektiv üçün özü orkestrə uyğunlaşdırıb.Onun fəaliyyətinin digər istiqaməti Azərbaycan musiqi irsinin Avropanın təhsil müəssisələrində yayılmasıdır. Bəstəkar öz vəsaiti hesabına Almaniyada nəşr olunmuş Qara Qarayevin, Fərəc Qarayevin və Firəngiz Əlizadənin CD albomlarını və partituralarını alaraq bir çox musiqi akademiyası və universitetin kitabxanalarına hədiyyə edib. Bundan əlavə, Azərbaycan xalq rəqsləri və mahnılarını orkestr, solistlər və xor üçün işləyib hazırlayıb.Xədicə Zeynalova Almaniyada pedaqoji fəaliyyətlə də məşğuldur. Onun sözlərinə görə, 30 illik müəllimlik təcrübəsi ərzində özünəməxsus tədris metodu formalaşıb. Dərslərində tələbələri Azərbaycan bəstəkarlarının əsərləri və ümumilikdə milli musiqimizlə tanış etməyə çalışır: “Lakin ən əsası Azərbaycan musiqisini Almaniyada tədris proqramlarına daxil etməkdir. Müəyyən dərəcədə buna artıq nail olmuşam, amma bu sahədə hələ çox iş görülməlidir”, – deyə o vurğulayıb. Xədicə Zeynalova 2021-ci ildə Almaniyada təsis etdiyi “Harmony of Sound” festivalı haqqında danışarkən qeyd edib ki, festivalın ilk buraxılışı Azərbaycanın Zəfər gününə həsr olunub və “Vom Land des Feuers” (“Odlar ölkəsindən”) adı ilə keçirilib. Üç gün davam edən proqramda Azərbaycandan dəvət olunmuş tarzən Sahib Paşazadə, kamança ifaçısı Toğrul Əsədullayev və zərb alətləri ifaçısı Kamran Kərimov iştirak ediblər. Bütün qonaqlara, musiqiçilərə və dinləyicilərə Xarıbülbül təsviri olan döş nişanları təqdim edilib.Bəstəkarın sözlərinə görə, milli musiqi alətlərimizin səslənməsi almaniyalı dinləyicilərdə böyük təəssürat yaradıb. Konsertlərdən sonra dinləyicilər ondan musiqi alətləri və ifaçılar haqqında ətraflı məlumat alır, sonralar isə bir çoxu Azərbaycan musiqi mədəniyyəti ilə tanış olmaq imkanı yaratdığına görə minnətdarlığını bildirirdi.Öz yaradıcılığından danışan Xədicə Zeynalova milli musiqi ənənələrinin xüsusi rolunu vurğulayıb: “Azərbaycan musiqisi qanımdadır, ruhumun bir parçasıdır. Yeni əsər yazarkən onun melodiyasında mütləq Azərbaycan xalq musiqisinin, muğamlarımızın intonasiyalarını eşitmək mümkündür. Musiqimiz çox zəngin və çoxşaxəlidir: muğam və aşıq musiqisi nəsillərin yaddaşında həkk olunaraq sanki əsrlərin süzgəcindən keçib bizə gəlib çatır”, – deyə o bildirib. 2026-cı il bəstəkarın peşəkar fəaliyyəti üçün ən yaddaqalan illərdən biri olub. Yanvarın 7-də Azərbaycan Respublikasının Prezidenti xalqlar arasında dostluğun möhkəmləndirilməsi və Azərbaycan diasporunun inkişafı sahəsində xidmətlərinə görə onu “Tərəqqi” medalı ilə təltif edib.İl ərzində Xədicə Zeynalovanın əsərləri Almaniya, İsveçrə, Yunanıstan və Yaponiyada ifa olunub. Əsas hadisələrdən biri fevralın 21-də İsveçrənin Vetsikon şəhərində keçirilən beynəlxalq “Klavierfestival” festivalı çərçivəsində “Diabelli” layihəsində “Diabelli valsı” əsərinin dünya premyerası olub. Əsəri tanınmış britaniyalı pianoçu Melvin Tan ifa edib.Digər əlamətdar hadisələr sırasında onun əsərlərinin Nürnberqdə keçirilən Qadın Bəstəkarların Görüşündə alman musiqiçilər Uta Valter və Sofi Şults tərəfindən ifa olunması, alman violonçel ifaçısı Mixael Hoypelin Yunanıstanın Patra şəhərində çıxışı, eləcə də pianoçu Gülnarə Səfərova-Azumanın Yaponiyanın “Meguro Persimmon Hall” konsert zalında “Tovuz quşunun nəğməsi” (“The Song of the Peafowl”) süitasını ifa etməsi olub.Bundan başqa, fortepiano üçün 6 nömrəli prelüd “Bayerischer Rundfunk” (BR) və “Universal Edition” nəşriyyatının iştirakı ilə həyata keçirilən “Qadın bəstəkarlar dərslərdə” (“Komponistinnen im Unterricht”) beynəlxalq layihəsi çərçivəsində nəşr olunub. Oktyabrın 4-də isə bəstəkar Leypsiqdə keçirilən “chor.com 2026” beynəlxalq xor forumu çərçivəsində “Mədəniyyətlərarası körpülər quran qadınlar” (“Interkulturelle Brückenbauerinnen”) adlı ustad dərsi keçib.Hazırda həyata keçirilən layihələrdən danışan bəstəkar ABŞ-də Yuta Universitetinin professoru Ceyran Həsənin hazırladığı CD layihəsini də xüsusi qeyd edib. Xədicə Zeynalovanın solo fleyta üçün bəstələdiyi “Muğamsayağı” əsəri həmin albom üçün yazılıb və diskin əsas (başlıq) əsəri kimi təsdiqlənib.Gələcək planlarından danışan bəstəkar bildirib ki, onun təsis etdiyi “Bridge of Sound” beynəlxalq orkestri 2027-ci ildə fəaliyyətinin 10 illiyini qeyd edəcək. Kollektiv yubiley münasibətilə bir sıra yaradıcılıq layihələri və tədbirlər hazırlayır. Müxbir – Lalə Minasazova
Bu gün
3943 xəbər bu gün
ABŞ Konqresinə keçirilən seçkilərdə respublikaçıların məğlubiyyətindən sonra İlon Maskın sərvəti 60 milyard dollardan çox azalıb. Bu barədə “Financial Times” nəşri məlumat yayıb. Seçkilərin nəticələri fonunda “Tesla”…
Lənkəran rayonunda müəmmalı ölüm hadisəsi baş verib. Bizim.Media-nın yerli bürosunun məlumatına görə, 1962-ci il təvəllüdlü, rayon sakini Ramiz Bəxtiyar oğlu Əliyevin meyiti Ürgə kəndi ərazisində yerləşən qamışlıq sahədə…
ABŞ Dövlət Departamenti noyabrın 5-də Fransada keçirilməsi planlaşdırılan ümummilli tətil və etiraz aksiyaları ilə bağlı xəbərdarlıq edib. Tətil ölkənin bir neçə sektorunu, o cümlədən təhsil, səhiyyə, dövlət idarəçiliyi…
Lənkəran rayonunda ova gedən 64 yaşlı kişinin meyiti aşkarlanıb. APA-ya istinadla, hadisə rayonun Ürgə kəndi ərazisində qeydə alınıb. Müəyyən edilib ki, qamışlıqda tapılan cansız bədən 1962-ci il təvəllüdlü Ramiz…
ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens Respublikaçılar Partiyasının noyabrın 3-də keçirilən aralıq seçkilərdə məğlubiyyətinin əsas səbəbinin İranla müharibə olduğunu bildirib. Vens bu barədə öz “X” hesabında paylaşım…
Qaradağ rayonunun Ələt və Səngəçal qəsəbələrində noyabrın 5-i saat 08:00-dan təmir işlərinə başlanılacaq.Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb. Bildirilib ki, təmir işləri ilə…
Утверждены тарифы на услуги правительственной связи и специальной государственной связи. Соответствующее решение приняла коллегия Государственной службы специальной связи и информационной безопасности Азербайджана.
“İran xalqı ABŞ prezidenti Donald Trampa böyük məğlubiyyət yaşadıb”
Bakıda yanğınsöndürmə və xilasetmə idmanı üzrə dünya çempionatının yekununda qaliblər və mükafatçılar müəyyənləşib
5 noyabr saat 08:00-dan etibarən Qaradağ rayonunun Ələt və Səngəçal qəsəbələrində iki ünvanda təmir işləri aparılacaq
ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens Respublikaçılar Partiyasının noyabrın 3-də keçirilən aralıq seçkilərdə məğlubiyyətinin əsas səbəbinin İranla müharibə olduğunu bildirib
"Kəpəz" Gəncədə ilk dəfə təşkil olunacaq Regional Expo Gəncə 2026-da iştirak edəcək. Noyabrın 20-21-də Gəncə İdman Sarayında keçiriləcək bu nüfuzlu sərgi ölkəmizin regionlarında biznes ekosisteminin inkişafına töhfə…
Noyabrın 5-də gözlənilən tibbi-meteoroloji proqnoz açıqlanıb.Milli Hidrometeorologiya Xidmətindən Oxu24.com-a verilən məlumata görə, Abşeron yarımadasında atmosfer təzyiqinin yüksəlməsi fonunda xəzri küləyinin arabir…
SÖZÜN MƏSULİYYƏTİNİ DAŞIYAN ÖMÜR:QULU MƏHƏRƏMLİ -72Azərbaycan jurnalistikasında elə adlar var ki, onlar təkcə bir soyad, bir imza deyil. Onlar bir məktəbdir, bir dövrdür, bir meyardır. Qulu Məhərrəmli də məhz o adlardan…
Xocəsən-Lökbatan yolunun Binəqədi rayonu ərazisindən keçən 2-ci kilometrində baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların vəziyyəti açıqlanıb. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib…
QoçBu gün açıq danışmağınız ünsiyyətə mane ola bilər. Səhər heç istəmədiyiniz halda sərt iradınızla yaxın bir insanın xətrinə dəymək riskiniz var. Çox güman ki, o, üzrünüzü qəbul edəcək, lakin hər ikinizin əhvalı…
Nobel mükafatı laureatı Ceffri Hinton süni intellekt (Sİ) texnologiyasının nəzarətsiz inkişafının bəşəriyyət üçün ciddi təhlükələr yarada biləcəyini bildirərək, "Sİ heç vaxt inkişaf etdirilməsəydi, daha yaxşı ola…
2027-ci ilin dövlət büdcəsində kənd təsərrüfatı, kommunal təsərrüfat və ekologiya xərcləri üçün 2,1 milyard manatdan çox vəsait nəzərdə tutulub. Büdcə artımının detalları və rəqəmlər məqalədə.
Bakı-Qazax magistral yolunda avtomobil qəzası baş verib.
Sabah saat 08:00-dan etibarən Qaradağ rayonunun Ələt və Səngəçal qəsəbələrində iki ünvanda təmir işləri aparılacaq.
Noyabrın 5-də gözlənilən tibbi-meteoroloji proqnoz açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a verilən məlumata görə, Abşeron yarımadasında atmosfer təzyiqinin yüksəlməsi fonunda xəzri küləyinin arabir…
Xocəsən-Lökbatan yolunun Binəqədi rayonu ərazisindən keçən 2-ci kilometrində baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların vəziyyəti açıqlanıb. Oxu.az -ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini…
Sabah saat 08:00-dan etibarən Qaradağ rayonunun Ələt və Səngəçal qəsəbələrində iki ünvanda təmir işləri aparılacaq. Bu...
"ABŞ-də keçirilən aralıq seçki rəsmi Vaşinqtonun Tehrana qarşı siyasi kursunda heç bir dəyişikliyə səbəb olmayacaq".
Sabah saat 08:00-dan etibarən Qaradağ rayonunun Ələt və Səngəçal qəsəbələrində iki ünvanda təmir işləri aparılacaq. Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb. Bildirilib…
Azərbaycan və Əlcəzair arasında ticarət, iqtisadi və texniki əməkdaşlıq üzrə yeni yaradılmış Birgə Komissiya ticarət dövriyyəsinin artırılması və birgə təşəbbüslərin həyata keçirilməsi üçün mühüm platforma olacaq.
Yəmənin şimalına nəzarət edən “Ənsar Allah” hərəkatı (husilər) Ər-Riyaddakı Kral Xalid Beynəlxalq Hava Limanına hücum edib. Bu haqda husilərin sözçüsü Yəhya Sariya “Əl-Məsirə” telekanalına bildirib O bəyan edib ki, zərbə…
Avrozonada istehlak qiymətləri oktyabr ayında illik müqayisədə 4 faiz artaraq son üç ilin ən yüksək səviyyəsinə çatıb. Bu göstərici gözləntilərə uyğun olub. Bu barədə Moderator.az "Haber Global"a istinadən məlumat verir…
Respublikaçılar seçkilərdə Vaşinqton administrasiyası tərəfindən İrana qarşı başladılan hərbi əməliyyat səbəbindən məğlub olublar. Bu barədə ABŞ-nin vitse-prezidenti Cey Di Vens "X" sosial şəbəkəsində yazıb. "Biz…
Rusiya Prezidenti Vladimir Putin ölkəsinin heç bir dövləti təhdid etmədiyini və digər ölkələrlə əməkdaşlıqda maraqlı olduğunu bildirib. "Tass" agentliyinə istinadla, Putin bu fikirləri Kremldə keçirilən mükafatlandırma…
Bakıda yanğın və xilasetmə idmanı üzrə kişilər arasında XXI, qadınlar arasında isə XII dünya çempionatının mükafatlandırma mərasimi keçirilib. Bakı İdman Akademiyasının stadionunda təşkil olunan yarışların proqramına…
Lənkəran rayonunda ova gedən 64 yaşlı kişinin meyiti aşkarlanıb. "Report"un Cənub bürosunun məlumatına görə, hadisə rayonun Ürgə kəndi ərazisində qeydə alınıb. Müəyyən edilib ki, qamışlıqda tapılan cansız bədən 1962-ci…
Qaradağ rayonunun Ələt və Səngəçal qəsəbələrində noyabrın 5-i saat 08:00-dan etibarən təmir işlərinə başlanılacaq. Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) istinadən xəbər verilir. Bildirilib ki…
Lənkəranda
Ceyms Di Vens
Qanun
“SDU-da hüquqşünaslıq və tibb ixtisaslarının açılması planlaşdırılır”. Bu sözləri Sumqayıt Dövlət Universitetinin rektoru Nurəli Yusifbəyli deyib. Rektor bildirib ki, SDU klassik dövlət universiteti statusuna malik…
Valyuta bazarında təklifin tələbi üstələməsini birbaşa iqtisadi artımın zəifləməsi ilə əlaqələndirmək düzgün deyil. Bunu Mərkəzi Bankın sədri Taleh Kazımov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq…
Qaradağ rayonunun Ələt və Səngəçal qəsəbələrində noyabrın 5-i saat 08:00-dan etibarən iki ünvanda təmir işlərinə başlanılacaq.Metbuat.az bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) istinadən xəbər…
Gürcüstanın Xarici İşlər Nazirliyi (XİN) Avropa Komissiyasının genişlənməyə dair hesabatını siyasi cəhətdən qərəzli adlandırıb. Redaktor.az əbər verir ki, bu barədə XİN-nin bəyanatında...
Son 50 ildə İran-ABŞ arasında 4 noyabr adlı tarixli bir nəsnə yaranıb. İran İslam Respublikası ilə Amerika Birləşmiş Ştatlar arasında 4 noyabr tarixi ilə bağlı çoxlu hadisələr və…
Bakı, 4 noyabr, AZƏRTAC Fransa Ərazi Kəşfiyyat Xidmətinin məlumatına görə, noyabrın 5-i axşam Parisətrafı yerlərdə 500 min nəfərdən 780 min nəfərədək etirazçının nümayişlərdə iştirakı gözlənilir. Parisin Polis Kəşfiyyat…
Президент Израиля Ицхак Герцог начал консультации с прошедшими в Кнессет партиями, чтобы определить, кому поручить формирование нового правительства после выборов 27 октября. Об этом сообщает...
"Şamaxı"nın futbolçusu Abdul Raşid Mumini Benin millisinin qarşıdakı oyunları üçün heyətə dəvət olunub. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 22 yaşlı müdafiəçi Afrika Millətlər Kubokunun seçmə mərhələsi…
Noyabrın 5-də gözlənilən tibbi-meteoroloji proqnoz açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Bizim.Media-ya verilən məlumata görə, Abşeron yarımadasında atmosfer təzyiqinin yüksəlməsi fonunda xəzri küləyinin arabir…