İordaniya Kralı II Abdullah ibn Al Hüseyn və Tacikistan Prezidenti Emoməli Rəhmon Qazaxıstana səfər edəcəklər.
Bu barədə Qazaxıstan mətbuatı məlumat yayıb.
Məlumata görə, II Abdullah ibn Al Hüseyn noyabrın 5-6-da, E.Rəhmon isə noyabrın 5-7-də Astanada səfərdə olacaqlar. Liderlər ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi məsələlərini müzakirə edəcəklər.
Bundan başqa, noyabrın 6-da Astanada bir sıra dövlət başçılarının iştirakı ilə Akab prosesinin sammiti keçiriləcək.
Qeyd edək ki, Akab prosesi qlobal təhlükəsizlik, terrorizmlə mübarizə, ekstremizmin qarşısının alınması və hərbi-kəşfiyyat sahələrində beynəlxalq əməkdaşlığı gücləndirmək məqsədilə 2015-ci ildə İordaniya Kralı II Abdulla Al Hüseyn tərəfindən başladılmış beynəlxalq təşəbbüsdür.