Hörmətli cənab Prezident!

Sizi 8 Noyabr - Zəfər Günü münasibətilə səmimi-qəlbdən təbrik edir, müdrik və qətiyyətli rəhbərliyinizlə xalqımıza yaşatdığınız tarixi Qələbə, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası münasibətilə Sizə dərin minnətdarlığımı və ehtiramımı bildirirəm.

Rəşadətli Azərbaycan Ordusunun qəhrəmanlığı, xalqımızın sarsılmaz birliyi və Müzəffər Ali Baş Komandan kimi Sizin qətiyyətiniz sayəsində tariximizin ən şanlı səhifələrindən biri yazılmışdır.

Vətən uğrunda canından keçmiş şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə möhkəm cansağlığı arzulayıram.

Zəfərimizin qəhrəmanlıq salnaməsinə həsr etdiyim "Zəfər" adlı şeirimi Sizə dərin hörmət və ehtiramla təqdim edirəm.

Öndər oğlu Ali Baş Komandan,

44 günə Zəfər yazdız tarixə

Eşidildi, görüldü hər yandan

44 günə Zəfər yazdız tarixə

Əmr aldı ləyaqətli ordumuz

Misilsiz döyüş planı qurdunuz

“Dəmir yumruq”la düşməni vurdunuz

44 günə Zəfər yazdız tarixə

Ey mərdi doğan nər analar,

Hər qazidə bir tarixdi yaralar

Vətən üçün şəhid olan balalar

44 günə Zəfər yazdız tarixə

Anaların haqqa duası ilə

Balaların için-için səsi ilə

İgid xalqın bütöv iradəsi ilə

44 günə Zəfər yazdız tarixə

Hörmət və ehtiramla,

Həmid Qulamzadə,

Azərbaycan Respublikası, Ağsu rayonu.