Möhtərəm cənab Prezident!
Sizi Azərbaycanın şanlı tarixinin ən möhtəşəm səhifələrindən biri olan
8 Noyabr - Zəfər Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm.
Bu tarixi Zəfər Azərbaycan xalqının milli birliyinin, sarsılmaz iradəsinin, qəhrəman Ordumuzun şücaətinin və Vətənə sonsuz sevginin təntənəsidir. Sizin rəhbərliyinizlə Azərbaycan öz ərazi bütövlüyünü və tarixi ədaləti bərpa edərək dünya tarixinə qızıl hərflərlə yazılan möhtəşəm Qələbəyə imza atdı.
Mən də birinci Qarabağ müharibəsinin iştirakçısı, Vətən müharibəsi veteranı kimi bu tarixi hadisələrin canlı şahidi və iştirakçısı olmağımla fəxr edirəm. Yaşımın çox olmasına baxmayaraq, 44 günlük Vətən müharibəsi zamanı könüllü olaraq yenidən döyüşlərə qatıldım. “Dünya Azərbaycanlılarının Vətənpərvərləri” İctimai Birliyinin rəhbəri olaraq Vətənə xidmət borcumu yerinə yetirmək əzmi ilə döyüş yolumuzda irəliləyərək Şuşayadək gedib çatdım. Bu yol mənim üçün sadəcə döyüş yolu deyil, ömrümün ən şərəfli və unudulmaz səhifələrindən biridir.
Mənim üçün Zəfər Günü yalnız bayram deyil, həm də şəhidlərimizin müqəddəs xatirəsi, qazilərimizin qəhrəmanlığı və Vətən uğrunda mübarizə aparan hər bir insanın fədakarlığı qarşısında mənəvi borcumuzun ifadəsidir.
Möhtərəm cənab Prezident!
Sizə dövlətimizin möhkəmlənməsi, Azərbaycanın beynəlxalq nüfuzunun yüksəlməsi və xalqımızın rifahı naminə fəaliyyətinizdə uğurlar arzulayıram. Şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa, bütün müharibə veteranlarına möhkəm cansağlığı diləyirəm.
Qarabağ Azərbaycandır! Yaşasın qalib Azərbaycan!
Dərin hörmət və ehtiramla,
Nəsimi Həsənov,
“Dünya Azərbaycanlılarının Vətənpərvərləri” İctimai Birliyinin sədri,
Birinci və İkinci Qarabağ müharibələrinin iştirakçısı, müharibə veteranı,
Azərbaycan Respublikası, Bakı şəhəri.