Möhtərəm cənab Prezident!
Sizi Zəfər Günü münasibətilə dərin hörmətlə və səmimi-qəlbdən təbrik edirəm.
8 Noyabr Azərbaycan tarixinin ən şanlı səhifələrindən, xalqımızın milli qürurunun və dövlətçilik tariximizin ən möhtəşəm hadisələrindən biridir. Bu tarixi Qələbə xalqımızın milli birliyinin, Vətən sevgisinin və sarsılmaz iradəsinin təntənəsidir.
Möhtərəm cənab Prezident, Sizin illər ərzində həyata keçirdiyiniz məqsədyönlü siyasət, Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmləndirilməsi istiqamətində apardığınız ardıcıl diplomatik fəaliyyət, güclü dövlət və qüdrətli ordu quruculuğuna verdiyiniz xüsusi önəm, prinsipial mövqeyiniz və qətiyyətli rəhbərliyiniz tarixi Qələbəmizin mühüm əsaslarını formalaşdırdı. Müzəffər Ali Baş Komandan kimi nümayiş etdirdiyiniz siyasi iradə və strateji uzaqgörənlik rəşadətli Azərbaycan Ordusunun qəhrəmanlığı ilə birləşərək xalqımıza misilsiz Zəfər qazandırdı. Bu Zəfər bizim tariximiz, qürurumuz, gələcək nəsillərə əmanətinizdir.
44 günlük Vətən müharibəsi bir daha sübut etdi ki, güclü dövlət, qətiyyətli rəhbərlik, milli birlik və peşəkar ordu qarşıya qoyulan ən ali məqsədlərə çatmağın əsas şərtləridir.
Bu tarixi Qələbə şəhidlərimizin müqəddəs xatirəsi, qazilərimizin fədakarlığı, əsgər və zabitlərimizin igidliyi ilə xalqımızın yaddaşına əbədi həkk olundu.
Bu gün Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri, doğma yurdlarına qayıdan insanların həyatına yenidən ümid və sevinc bəxş etmiş və eyni zamanda həyata keçirilən Böyük Qayıdış prosesi Zəfərimizin, davam edən tarixi Qələbəmizin nəticələrini nümayiş etdirmişdir.
Bir gənc Azərbaycan vətəndaşı olaraq qalib, müstəqil və qüdrətli dövlətin övladı olmağı böyük qürur hesab edirəm. Dövlətçiliyimizin qorunmasını, ölkəmizin inkişafını və milli maraqlarımızın müdafiəsini hər bir vətəndaşın məsuliyyəti hesab edirəm.
Möhtərəm cənab Prezident, Sizə möhkəm cansağlığı, ali dövləti fəaliyyətinizdə yeni uğurlar, Azərbaycan xalqına daim sülh, əmin-amanlıq və firavanlıq arzulayıram.
Zəfər tariximiz əbədi, müstəqilliyimiz sarsılmaz, üçrəngli bayrağımız daim ucalarda olsun!
Yaşasın müstəqil, suveren və qalib Azərbaycan!
Hörmətlə,
Fatimə Süleymanlı,
Azərbaycan Respublikası, Bakı şəhəri, Nizami rayonu.