ABŞ Senatı seçkisində ilk dəfə müsəlman demokrat qələbə qazanıb

ABŞ-nin Miçiqan ştatında Senata keçirilən seçkidə Demokratlar Partiyasının namizədi Abdul El-Sayed liderlik edir.

Bu barədə AP-nin məlumatlarında bildirilir.

O, Konqresin yuxarı palatasının tarixinə ilk müsəlman kimi daxil olacaq. Bülletenlərin 82 faizinin hesablanmasından sonra El-Sayed seçicilərin 50.1 faizinin, onun Respublikaçılar Partiyasından olan rəqibi Mayk Rocers isə 45.5 faizinin səsini toplayıb.

Seçkiqabağı təşviqat kampaniyası dövründə ABŞ Prezidenti Donald Tramp El-Sayedi sərt şəkildə tənqid edib. ABŞ lideri onu "cihadçı" adlandıraraq "Senata daxil olmazdan əvvəl metal axtarıcıdan keçməli olacağını" bildirib. Tramp onu milli təhlükəsizlik üçün təhdid kimi təqdim edib, ABŞ-yə sadiqliyini şübhə altına alaraq Miçiqan seçicilərini respublikaçı Mayk Rocersə səs verməyə çağırıb.

Qeyd edək ki, ABŞ Konqresinə aralıq seçkisi noyabrın 3-də başlayıb. Vətəndaşlar Nümayəndələr Palatasının bütün 435 üzvünü və 35 senatoru seçirlər. Səsvermədə vaxtından əvvəl 50 milyondan çox insan iştirak edib ki, bu da 2022-ci ilin rekordu olan 45.9 milyon amerikalı göstəricisini geridə qoyub. İlkin nəticələrə əsasən, Demokratlar Partiyası ABŞ Konqresində həm Nümayəndələr Palatasına, həm də Senata nəzarəti ələ keçirir.