Bakı, 4 noyabr, AZƏRTAC Azərbaycançılıq ideologiyası milli birliyin və müstəqil dövlətçiliyin əsas dayağıdır. AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Milli QHT Forumunun (AMQF) İdarə Heyətinin sədri Ramil İskəndərli “Azərbaycançılıq: milli birlik və həmrəylik düsturu” mövzusunda keçirilən ictimai müzakirədə söyləyib. O vurğulayıb ki, Azərbaycan heç bir dövlətin forpostuna çevrilməyən, öz milli maraqlarına əsaslanan müstəqil siyasət yürüdən suveren dövlətdir. “Qlobal geosiyasi təzyiqlər, xarici ideoloji təsirlər, dezinformasiya və hibrid təhdidlər fonunda milli birliyin möhkəmləndirilməsi, cəmiyyətin dayanıqlığının artırılması və dövlətçilik dəyərlərinin müdafiəsi QHT-lərin mühüm vəzifələrindəndir”, - deyə o əlavə edib . Fotoqraf - İlkin Cavanşirov