Sertifikatlaşdırmadan uğurla keçən müəllimlərə bu qədər pul AYRILACAQ

2027-ci ildə sertifikatlaşdırmada uğur qazanan müəllimlərin diferensial əməkhaqqı sisteminə cəlb olunması üçün 286,4 milyon manat ayrılması nəzərdə tutulur.

Bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində müzakirə olunan 2027-ci ilin dövlət büdcəsi layihəsinə dair materiallarda qeyd edilib.

Bu, cari illə müqayisədə 73,6 milyon manat və ya 34,6 faiz çoxdur.

Sənəddə 2022–2026-cı illər ərzində sertifikatlaşdırma proqramında iştirak edən 137 min nəfərlik müəllim heyətindən uğur qazananların diferensial əməkhaqqı sisteminə cəlb olunmasının nəzərdə tutulduğu bildirilib.

Dövlət ümumi təhsil müəssisələrinin direktorları, direktor müavinləri və sertifikatlaşdırmadan keçən təhsilverənlərin vəzifə maaşlarına əlavələr müvafiq Prezident fərmanına uyğun müəyyən edilib.