Bu gün Bakı şəhəri Binəqədi rayonunun 8-ci mikrorayon ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Cəfər Xəndan küçəsində “BMW” və “Hyundai” markalı avtomobillər toqquşub.
Nəticədə idarəetmədən çıxan “BMW” səkiyə çıxaraq “Universal Hospital”ın binasına çırpılıb.
Hadisə zamanı avtomobillərə və klinikaya xeyli zərər dəyib. Binanın şüşələri qırılıb.
Fotolar AZƏRTAC-a məxsusdur