Təhsil Tələbə Krediti Fondu (TTK) tərəfindən müxtəlif təhsil səviyyələri üzrə müraciətlərin statistik göstəriciləri açıqlanıb. Rəqəmlər göstərir ki, kreditlərdən yararlanan tələbələr arasında bakalavr pilləsi üstünlük təşkil edir.
AzEdu.az-a istinadən, hesabat dövrü ərzində ümumilikdə 85 149 rəsmiləşmə qeydə alınıb.
Belə ki, rəsmiləşmələrin 58 900-ü (69%-i) bakalavriat, 19 759-u (23%-i) magistratura, 5 694-ü (7%-i) orta ixtisas təhsili, 796-sı (1%-i) isə texniki peşə və yüksək texniki peşə təhsili səviyyələrinin payına düşüb.
Cari 2025-2026-cı tədris ilində də oxşar tendensiya müşahid olunub: bakalavr pilləsi üzrə 19 497, magistratura üzrə 5 900, orta ixtisas təhsili üzrə 2 402, peşə təhsili üzrə isə 641 rəsmiləşmə aparılıb.
Qeyd edək ki, son 5 ilin dinamikası bakalavr səviyyəsində müraciətlərin davamlı artdığını və 2025-2026-cı tədris ilində ən yüksək həddə çatdığını göstərir.