"Sahibkarlığın dəstəklənməsinə, ixracat və şəffaflığa dəstək verəcək digər bir məqamı da diqqətə təqdim etmək istərdim. Vergi Məcəlləsinə dəyişikliklər layihəsi artıq Milli Məclisə təqdim olunub".
Bunu İqtisadiyyat Nazirliyinin Aparat rəhbəri Elvin Camalov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında 2027-ci il dövlət büdcəsi haqqında qanun layihəsinin müzakirəsi zamanı deyib.
"Bu dəyişikliklər layihəsi yerli istehsaldan xidmət ixracından turizmdə əcnəbilərə göstərilən xidmətlərdən əldə olunan gəlirlər üzrə mənfəət və gəlir vergisi güzəştlər, mikro statusdan böyüyən subyektlər, həmçinin davamlı fəaliyyət göstərən kiçik sahibkarlar üçün təşviqləri özündə ehtiva edir. Eyni zamanda, bir çox sahələrdə, səhiyyə, kənd təsərrüfatında olan güzəştlərin əlavə müddətə uzadılmasını nəzərdə tutur", - deyə nazirlik nümayəndəsi bildirib.
Günay Şahmar, Bizim.Media