Azərbaycan qarajların satış və icarə bazarında isə digər seqmentlərlə müqayisədə daha yüksək aylıq artımlar qeydə alınıb.
Ölkə.az-ın xəbərinə görə, bu barədə Azərbaycan Qiymətləndiricilər Palatasının (AQP) 2026-cı ilin oktyabr ayı üzrə daşınmaz əmlak bazarına dair təhlilində qeyd olunub.
Satış üzrə median qiymət 1 400 manat/kvadratmetr, indeks 109,5 təşkil edib. Sentyabrla müqayisədə 16,7%-lik artım qeydə alınıb. Median satış qiyməti 33 min manat, median sahə isə 21,3 kvadratmetr olub.
Qarajların icarəsində median qiymət 10 manat/kvadratmetr, indeks isə 149,9 səviyyəsində qərarlaşıb. Aylıq artım 20%, iyul 2026-cı ilin baza dövrü ilə müqayisədə yüksəliş 49,9% təşkil edib. Median aylıq icarə haqqı 200 manat olub. Bununla belə, bu seqment üzrə müşahidə bazasının məhdudluğu nəticələrin şərhində ehtiyatlı yanaşmanı zəruri edir. Xüsusilə icarə üzrə cəmi 43 elan əsasında hesablanan göstərici obyektlərin yerləşdiyi ərazi, sahəsi və parkinq xüsusiyyətlərindəki dəyişikliklərə həssasdır.