Hörmətli cənab Prezident!
Sizi 8 Noyabr - Zəfər Günü münasibətilə ürəkdən təbrik edirəm.
Bu möhtəşəm tarixi Zəfər Sizin uzaqgörən siyasətinizin, xalqımızın birliyinin, ordumuzun qəhrəmanlığının, şəhidlərimizin və qazilərimizin fədakarlığının nəticəsidir.
Bu gün biz qalib xalq olaraq başımızı dik tuturuq. Bu Qələbənin arxasında Sizin qətiyyətli rəhbərliyiniz, müdrik siyasətiniz və Müzəffər Ali Baş Komandan kimi iradəniz dayanır.
Şanlı Zəfər uğrunda canından keçərək şəhidlik zirvəsinə ucalan qəhrəman Vətən övladlarımızı dərin ehtiramla yad edirəm. Onların əziz xatirəsi daim qəlbimizdə yaşayacaq. Allah bütün şəhidlərimizə rəhmət eləsin, ailələrinə səbir versin. Vətən uğrunda sağlamlığını itirən qazilərimizə isə Allahdan şəfa və möhkəm cansağlığı diləyirəm.
Möhtərəm cənab Prezident!
Mən 44 günlük Vətən müharibəsinin qazisi olaraq, Sizin rəhbərliyinizlə qazanılmış bu tarixi Qələbənin bir parçası olmağı həyatımın ən böyük qürurlarından biri hesab edirəm. Qazilərə, şəhid ailələrinə və müharibə iştirakçılarına göstərdiyiniz diqqət və qayğıya görə Sizə sonsuz minnətdarlığımı bildirirəm. Sizin bizə verdiyiniz dəyər, göstərdiyiniz diqqət və qayğı heç vaxt unudulmayacaq.
Möhtərəm cənab Prezident!
Allah Sizi qorusun! Sizə möhkəm cansağlığı, uzun ömür və Azərbaycanımızın daha da qüdrətlənməsi yolunda yeni-yeni uğurlar arzulayıram. Qoy üçrəngli bayrağımız daim yüksəklərdə dalğalansın, dövlətimizin qüdrəti artsın, xalqımız sülh və əmin-amanlıq içində yaşasın!
Dərin hörmət, ehtiram və sonsuz minnətdarlıqla,
Ceyhun Dadaşov, Vətən müharibəsinin qazisi,
Azərbaycan Respublikası, Astara rayonu.