Paşinyan Türkiyəyə səfər edəcək

Ermənistanın Baş naziri Nikol Paşinyan Türkiyəyə səfər etməyi planlaşdırır.

"Armenia Today"in yazdığına görə, bunu ermənistanlı Baş nazir keçirdiyi brifinqdə bildirib.

Paşinyan BMT-nin iqlim konfransında iştirak etmək üçün Türkiyənin Antalya şəhərinə səfər edəcəyini diqqətə çatdırıb.

"Bəli, COP-da iştirak etmək üçün Antalyaya getməyi planlaşdırıram", - deyə o bildirib.

Qeyd edək ki, BMT-nin İqlim Dəyişmələri üzrə 31-ci Konfransı (COP31) noyabrın 9-dan 20-dək Türkiyənin Antalya şəhərində keçiriləcək.