ABŞ-nin Demokratlar Partiyasının namizədi Əbdül əl-Seyid Respublikaçılar Partiyasının namizədi Mayk Rocersi məğlub edərək, Miçiqan ştatından Senata seçkilərdə qalib gəlib.
Bu barədə ABŞ-nin seçkilər üzrə məlumatların təhlili mərkəzi “Decision Desk HQ” bildirib.
Bununla ABŞ tarixində ilk müsəlman senator olan Əbdül əl-Seyid tərəfdarlarına təşəkkür edib.
O bildirib ki, Miçiqan sakinlərinə xidmət etməyi səbirsizliklə gözləyir. Əl-Seyid həmçinin Respublikaçıları adını və dini inanclarını hədəfə alaraq cəmiyyətdə parçalanma yaratmağa çalışmaqda ittiham edib:
“Hamımız bilirik ki, mənim adım və dinim sizin benzinin pulunu ödəyə bilməməyinizin, ərzaq ala bilməməyinizin və həkimə müraciət etmək imkanınızın olmamasının səbəbi deyil”.
Demokrat namizəd bundan əvvəl İsrailin Qəzza zolağında apardığı müharibəni “soyqırımı” adlandırıb və İranla müharibəyə qarşı çıxıb.