“Müxalifəti də böhranın ortağı etmək üçün Netanyahu və Trampın əlinə fürsət düşəcək”
Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Turan Rzayev bildirib.
T. Rzayev Trampın məğlubiyyətinin onun üçün əlavə fürsət yaradacağını iddia edib:
“İlk öncə qeyd etmək lazımdır ki, son dövrlər ABŞ-da respublikaçıların nüfuzu ciddi şəkildə sarsılmışdı. Bunu İranla müharibə ilə də, başqa səbəblərlə də əlaqələndirmək olar, amma bu, nəticəni dəyişmir. Məsələ ondadır ki, Tramp böhranları idarə etməyi yaxşı bacarır və bu vəziyyətdən istifadə edə bilər. Təxminən bənzər situasiya İsraildə də yaşanır; Netanyahu müxalifətlə sövdələşməyə getməyə məcbur oldu. Hər iki lider bundan istifadə edib İrana qarşı müharibədə müxalifəti də yanlarına alaraq məsuliyyəti onlarla bölüşəcəklər. Bundan sonra İranla bağlı bütün risk və məsuliyyətləri müxalifətlə birlikdə üzərlərinə götürməyə çalışa bilərlər. Hər bir halda, təkbaşına ittiham olunmaqdansa, bu vəziyyət onların işinə yarayır. Seçkilərdə məğlub olmalarına baxmayaraq, faktiki olaraq nüvə silahından istifadə ediləcəyi ilə bağlı xəbərlər də yayılmaqdadır. Bu, təsadüfi deyil. İndiki məqamda hər iki lider müxalifətlə sövdələşməyə gedib İranla müharibəni daha şiddətli formada davam etdirəcək. Nüvə silahından isə böyük ehtimalla istifadə olunmayacaq”.