Demokrat Əbdül əs-Seyid Miçiqan ştatından ABŞ Senatına seçilərsə, ölkə tarixində ilk müsəlman senator olacaq.
AP-yə istinadən, əs-Seyidlə respublikaçı Mayk Rocers arasında mübarizənin qalibi hələ müəyyənləşməyib. Səslərin hesablanması davam edir.
Əs-Seyid Demokratlar Partiyasının ilkin seçkilərində konqresmen Heyli Stivensi məğlub edib. Lakin Stivens səsverməyə bir neçə gün qalmış respublikaçı Rocersi dəstəklədiyini açıqlayıb.
Keçmiş səhiyyə rəsmisi olan əs-Seyid seçki kampaniyasında səhiyyə xidmətlərinin hamı üçün əlçatanlığına və yaşayış xərclərinin azaldılmasına üstünlük verib.