Tovuz rayonunda ev yanıb.
Oxu.az-a istinadla, hadisə rayonun Qovlar şəhəri ərazisində qeydə alınıb.
Belə ki, birmərtəbəli fərdi yaşayış evində qəfil yanğın başlayıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) müvafiq qüvvələri cəlb olunub. Buna baxmayaraq, ev tamamilə yanaraq yararsız vəziyyətə düşüb.
Faktla bağlı araşdırma aparılır.