Bakı, 4 noyabr, AZƏRTAC Dünya bazarında qızılın fyuçers qiymətinin azalması qlobal iqtisadiyyata və maliyyə bazarlarına müxtəlif istiqamətlərdə təsir göstərir. Lakin bu prosesin nəticələrini yalnız mənfi qiymətləndirmək düzgün olmazdı. Qızılın ucuzlaşması, xüsusilə ehtiyatlarında bu qiymətli metalın payı yüksək olan ölkələr, qızıl ixracatçıları və hasilat şirkətləri üçün fərqli nəticələr yarada bilər.Bunu AZƏRTAC-a açıqlamasında iqtisadçı-ekspert Xalid Kərimli deyib.Onun sözlərinə görə, qızılın qiymətinin aşağı düşməsinin əsas səbəblərindən biri neftin bahalaşması fonunda inflyasiya gözləntilərinin artmasıdır. Belə ki, enerji daşıyıcılarının qiymətinin yüksəlməsi inflyasiya risklərini artırır və bu, ABŞ Federal Ehtiyat Sisteminin faiz dərəcələrini sərtləşdirə biləcəyi ehtimalını gücləndirir. Faiz dərəcələrinin yüksəlməsi gözləntisi isə qızıla tələbi və onun qiymətini aşağı sala bilər.Ekspert qeyd edib ki, qızılın qiyməti ABŞ dollarının dəyəri və dövlət istiqrazlarının gəlirliliyi ilə, bir qayda olaraq, əks istiqamətdə dəyişir. Dolların möhkəmlənməsi və istiqrazların gəlirliliyinin artması qızılın investisiya cəlbediciliyini azaldır. Qızılın ucuzlaşmasının təsirləri müxtəlif istiqamətlərdə özünü göstərir. Belə ki, ehtiyatlarını daha yüksək qiymətlə qızıla yatırmış ölkələrin və investorların aktivlərinin bazar dəyəri azalır. Digər tərəfdən, qızıl ixrac edən ölkələrdə bu metalın satışından əldə olunan gəlirlər aşağı düşə bilər. Qiymət azalması zərgərlik bazarında məhsulların ucuzlaşmasına da şərait yarada bilər. İqtisadçı-ekspertin fikrincə, qızılın qiymətinin daha da aşağı düşməsi hasilat sektoruna da mənfi təsir göstərə bilər. Çünki qızıl hasilatı ilə məşğul olan şirkətlərin gəlirləri birbaşa dünya bazarındakı qiymətlərdən asılıdır. Qiymətlərin azalması yeni yataqların kəşfiyyatına və hasilat layihələrinə investisiya marağını zəiflədə bilər. O, qızılın ucuzlaşmasının digər səbəblərindən biri kimi fiziki tələb və alış həcmlərinin azalmasını da göstərib. Bildirib ki, bazarda qiymətlər yüksəldikdə investorların və alıcıların alış marağı artır, ucuzlaşma zamanı isə əks tendensiya müşahidə oluna bilər. Bu baxımdan, üçüncü rübdə ikinci rüblə müqayisədə qızılın fiziki alış həcminin qlobal miqyasda azalması da qiymətlərə təsir edən amillərdəndir. Dünya bazarında qızılın ucuzlaşmasının Azərbaycana təsirinə toxunan ekspert qeyd edib ki, bu tendensiya daxili bazarda da qızılın və ondan hazırlanan məhsulların qiymətlərinin aşağı düşməsinə səbəb ola bilər. Lakin zərgərlik məmulatlarının qiyməti yalnız xammalın dəyərindən formalaşmadığı üçün dünya bazarındakı ucuzlaşmanın pərakəndə satış qiymətlərində eyni nisbətdə əks olunması gözlənilmir. “Zərgərlik məmulatlarının qiymətinə qızılın dəyəri ilə yanaşı, ustanın əməyinin haqqı, digər materialların qiyməti, icarə və inzibati xərclər də təsir edir. Buna görə də dünya bazarında qızılın, məsələn, 5 faiz ucuzlaşması zərgərlik məhsullarının qiymətində eyni həcmdə azalma ilə nəticələnməyə bilər. Bu məhsulların qiymətində daha məhdud ucuzlaşma gözlənilə bilər”, – deyə ekspert bildirib. X.Kərimli əlavə edib ki, qızılın bahalaşması hasilat sektoruna investisiya marağını artırır. Qiymətlər yüksəldikdə qızıl hasilatı ilə məşğul olan şirkətlərin gəlirləri artır, yeni yataqların axtarışı və kəşfiyyatı iqtisadi baxımdan daha cəlbedici olur. Əksinə, qiymətlərin aşağı düşməsi yeni yataqların işlənməsini və hasilat layihələrinə yatırımları təxirə sala bilər.
Bu gün
3801 xəbər bu gün
Dövlət Gömrük Komitəsinin (DGK) aidiyyəti qurumları noyabrın 9-da və 10-da növbəli qaydada fəaliyyət göstərəcək. Bu barədə komitədən məlumat verilib. Bildirilib ki, qarşıdan gələn qeyri-iş günlərində malların gömrük…
Ukrayna Prezidenti Volodimir Zelenski və Avropa İttifaqı Şurasının rəhbəri Antonio Koşta Madriddə danışıqlar aparıblar və bu zaman Ukraynanın Avropaya inteqrasiyasının sürətləndirilməsi, eləcə də Rusiya və ABŞ-nin…
Fransa parlamentinin kommunist və dənizaşırı qrupunun deputatlarının əksəriyyəti 2027-ci il prezident seçkilərində Fransa Kommunist Partiyası tərəfindən irəli sürülmüş Fabyen Russelin əvəzinə "Təslim olmayan Fransa"…
Sabah Ağdaş rayonunun bəzi ərazilərində qaz təchizatı müvəqqəti dayandırılacaq. Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib. Bildirilib ki, görüləcək…
Qadın voleybolçulardan ibarət "DH Volley" komandası CEV Çelenc Kubokunda 1/16 final mərhələsinə yüksəlib. 1/32 finalda cavab matçında Danimarkanın "Holte IF" kollektivini qəbul edən Azərbaycan təmsilçisi 3:0 (26:24…
Bakı, 5 noyabr, AZƏRTAC "BMT İdarəetmə İnnovasiyaları Sammiti: Gələcəyə Hazır Təsisatların İnkişafı” adlı sammit çərçivəsində "Ölkələrin innovativ təcrübələri: nələr işləyir, niyə və hansı miqyasda?” mövzusunda panel…
Bakı, 5 noyabr, AZƏRTAC 2016-cı il futbol üzrə Avropa çempionu Kriştiano Ronaldo Portuqaliya millisinin baş məşqçisi Jorje Jezuşa yığmanı tərk etmək qərarı barədə məlumat verməyib.AZƏRTAC TASS agentliyinə istinadla xəbər…
Bakı, 5 noyabr, AZƏRTAC Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu və Sumqayıt Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı…
Dövlət qurumlarının informasiya təhlükəsizliyi mühitinin diaqnostikasının həyata keçirilməsi qaydaları təsdiq edilib.
Bakıda “ASAN xidmət”in və BMT-nin birgə təşkilatçılığı ilə keçirilən “BMT İdarəetmə İnnovasiyaları Sammiti: Gələcəyə Hazır Təsisatların İnkişafı” adlı...
Azərbaycan radiosunun ilk qadın redaktoru və ilk qadın reportyoru Məryəm Zöhrabova (Zöhrabbəyova) 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif olunub. Prezident İlham Əliyevin Azərbaycan radiosunun 100 illik yubileyi və radio…
Ukrayna Prezidenti Volodimir Zelenski Avropa İttifaqı Şurasının prezidenti Antonio Koşta ilə görüş keçirib. Görüşdə Ukraynanın Avropaya inteqrasiya prosesi müzakirə olunub. Zelenski bütün danışıqlar klasterlərinin…
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin qərarı ilə “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin…
Türkiyənin Afyonkarahisar bölgəsində fərqli yerlərdə 7 nəfərin meyiti tapılıb. Bu barədə NTV məlumat yayıb. Bildirilib ki, iki ayrı ünvanda 5 nəfərin meyiti aşkarlanıb. Başqa bir yerdə isə daha iki nəfərin güllələnmiş…
Dövlət orqanlarının və tabeliyi olmayan publik hüquqi şəxslərin tabeliyində yaradılan publik hüquqi şəxslərin tabeliyində olan dövlət adından yaradılan və dövlət büdcəsindən vəsait alan publik hüquqi şəxslərin rəhbəri və…
“Dövlət qurumlarının informasiya təhlükəsizliyi mühitinin diaqnostikasının həyata keçirilməsi Qaydaları” təsdiqlənib.Oxu24.com -un xəbərinə görə, Nazirlər Kabineti bu barədə qərar verib.
Noyabrın 11-dən 12-dək Bakıda eşitmə qüsurlu cüdoçular arasında V Avropa çempionatı keçiriləcək.
Dövlət qurumlarının informasiya təhlükəsizliyi mühitinin diaqnostikasının həyata keçirilməsi qaydaları təsdiq edilib. Bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb. Qərara əsasən, “Dövlət qurumlarının informasiya…
Daşkəsən Rayon İcra Hakimiyyəti başçısının tabeliyində "Daşkəsən Rayon Mənzil-kommunal Təsərrüfatı Müəssisəsi" Məhdud Məsuliyyətli Cəmiyyəti yaradılıb. Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb. Qərara əsasən…
İran Hörmüz boğazında daha üç tankerin zədələndiyini açıqlayıb. İran tərəfi Körfəzdəki münaqişə həll olunmayana qədər gəmiçiliyin təhlükə altında qalacağını bildirib. Bəyanat ABŞ-də keçirilən aralıq seçkilərdə Prezident…
Vergi Məcəlləsinə təklif olunan dəyişiklik layihəsində taksi sürücülərinin gəlirlərindən sifariş operatorları vasitəsilə 1% sadələşdirilmiş vergi tutulması nəzərdə tutulub.
Sabah Ağdaş rayonunun bəzi ərazilərində qaz təchizatı müvəqqəti dayandırılacaq.
İsrailin ən böyük ərəb siyasi birliyi olan
Применение препарата ожидается с 2029 года.
Президент Украины Владимир Зеленский обсудил с главой Евросовета Антониу Коштой участие Европы в переговорах о гарантиях безопасности для Украины и дальнейшие шаги на пути к...
Президент России Владимир Путин рассказал, что недавно привился от гриппа отечественной вакциной и потом не стал отказываться от занятий спортом. Об этом он сообщил на...
Astroloqların proqnozlarına görə, yaxın dövrdə üç bürcün evində bərəkət, ruzi bolluğu və maliyyə artımı yaşanacaq. Onları gözlənilməz qazanc imkanları, ailə büdcəsində rahatlıq və maddi sıxıntılardan qurtulmaq şansı…
Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. Təbrikdə deyilir: “Hörmətli İlham Heydər oğlu. Dəyərli qardaşım.
Rusiya prezidenti Vladimir Putin Kremldə İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzayi ilə görüşüb. Bu barədə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov məlumat verib. "Prezident Vladimir Putin Moskvada…
Nepal polisi pul müqabilində vətəndaşlara xaricdə, o cümlədən Azərbaycan və Kanadada iş vəd edən 2 nəfəri dələduzluq şübhəsi ilə saxlayıb. Nepal mediasına istinadən, saxlanılanlar paytaxt Katmanduda yaşayan 56 yaşlı…
Özbəkistan Prezidenti Şafkat Mirziyoyev Azərbaycanın siyasi, diplomatik və hərbi potensialının vahid məqsəd naminə səfərbər edilməsi istiqamətində Prezident İlham Əliyevin göstərdiyi böyük səylərin, həmçinin Azərbaycan…
Portuqaliya millisinin və dünya futbolunun ulduzu Kriştiano Ronaldonun milli komandadakı karyerasını başa vurması ilə bağlı açıqlaması futbol ictimaiyyətində müzakirələrə səbəb olub. 41 yaşlı hücumçunun bu qərarı qəti…
Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstana işgüzar səfərə gəlib. Bu barədə Redaktor.az Milli Məclisə istinadən xəbər verir. Məlumata görə, Astana şəhərinin Nursultan Beynəlxalq Aeroportunda Milli Məclisin...
Bakı. Trend: “Məcburi köçkün” statusu olan şəxslər tərəfindən övladlığa götürülənlərə də bu status şamil ediləcək. Bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin qərarı…
İşğaldan sonra həyat yoldaşının yaşayış yeri üzrə qeydiyyata düşən kişilərə də “məcburi köçkün” statusu veriləcək. Bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət…
Dövlət orqanlarının və tabeliyi olmayan publik hüquqi şəxslərin tabeliyində yaradılan publik hüquqi şəxslərin tabeliyində olan dövlət adından yaradılan və dövlət büdcəsindən vəsait alan publik hüquqi şəxslərin rəhbəri və…
"Vətəndaş Hüquqları" İnstitutunun rəhbəri Bəşir Süleymanlının cinayət işi üzrə məhkəmə istintaqı yekunlasıb.
Ev təsərrüfatlarının uçotu qaydaları dəyişdi. Şəxsi hesablara vətəndaşların FİN kodu, yaşayış yeri, qeydiyyatı və kirayə münasibətləri daxil ediləcək.
Paytaxtın Binəqədi rayonu, Zahid Qəmbərov küçəsində şəhid Məmməd Mirzəli oğlu Məmmədovun xatirəsinə yaradılmış bulaq yararsız vəziyyətə düşüb.
Almaniya Ukraynanın su, enerji və nəqliyyat infrastrukturunun bərpası üçün əlavə 100 milyon avronun ayrılmasını nəzərdən keçirir. "Reuters"ə istinadən, bu barədə Almaniyanın Maliyyə Nazirliyinin parlamentin büdcə…
İsrail və Almaniya 2027-ci il üçün enerji sahəsində birgə əməkdaşlıq proqramı imzalayıb. "Report"un İsrailin Energetika və İnfrastruktur Nazirliyinə istinadən verdiyi xəbərə görə, sənəd enerji infrastrukturunun…
Bakı, 5 noyabr, AZƏRTAC Milli Məclisin sədri Sahibə Qafarova noyabrın 5-də Qazaxıstan Respublikasına işgüzar səfər edib.Bu barədə AZƏRTAC-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bakı, 5 noyabr, AZƏRTAC Şəhərsalma layihələrinin uğurlu və dayanıqlı olması üçün onların şəhərin ümumi inkişaf strategiyası və infrastruktur planları ilə uzlaşdırılması vacibdir.AZƏRTAC xəbər verir ki, bunu “PMD Group”…
Bakı, 5 noyabr, AZƏRTAC Brend rezidensiyaların əsas mahiyyəti yalnız tanınmış beynəlxalq adları bir layihədə birləşdirmək deyil, həm də həmin brendlərin özünəməxsus fəlsəfəsini, təcrübəsini və xidmət keyfiyyətini…