Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin göstərdiyi internet xidmətləri üzrə tariflər təsdiqlənib.

Bu barədə Xidmətin Kollegiyası qərar qəbul edib.

Qərara əsasən, kanal tutumuna görə hər 1 Mb/s üçün aylıq tarif 100 Mb/s-ə qədər tutumda 16 manat, 100 Mb/s-dən 1000 Mb/s-ə qədər tutumda 14 manat müəyyənləşdirilib.

Kanal tutumu 1000 Mb/s-dən 10000 Mb/s-ə qədər olduqda hər 1 Mb/s üçün aylıq tarif 12 manat, 10000 Mb/s-dən 100000 Mb/s-ə qədər olduqda isə 10 manat təşkil edir.

Bir statik IP üçün tarif 5 manat müəyyən edilib.

Göstərilən məbləğlərə ƏDV daxil deyil.