Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan!
Sizi 8 Noyabr - Zəfər Günü münasibətilə şəhid övladı olaraq səmimi-qəlbdən təbrik edirəm.
Sizin rəhbərliyinizlə qazanılan böyük Zəfər nəticəsində 30 illik işğala son qoyuldu, ölkəmizin ərazi bütövlüyü bərpa olundu. Bu şanlı Qələbə şəhidlərimizin ruhunu şad etdi.
Göstərdiyiniz diqqət və qayğıya görə Sizə minnətdarlığımızı bildiririk.
Sizə möhkəm cansağlığı və yeni zəfərlər arzulayırıq.
Zəfərimiz daimi, xalqımızın birliyi əbədi, bayrağımız həmişə uca olsun!
Qarabağ Azərbaycandır!
Dərin hörmət və ehtiramla,
Mətanət Usubova, şəhid övladı,
Azərbaycan Respublikası, Göygöl rayonu.