1566-cı ildə vəfat edən məşhur fransız astroloqu Nostradamusun əsrlər əvvəl yazdığı sirli proqnozlar 2027-ci illə bağlı yeni müzakirələrə səbəb olub.
Bu barədə “Daily Mail” məlumat yayıb.
Bildirilib ki, müasir şərhlərə əsasən, proqnozlardan biri geniş əraziləri bürüyəcək yanğınlarla bağlıdır. Digər mətnlərdə isə artan borclar və dağıdıcı maliyyə böhranı ehtimalına işarə edilir.
Bundan başqa, qədim bir güc və strateji əhəmiyyətə malik şəhərlə bağlı qeydlər İranla əlaqələndirilir. Fransada mümkün siyasi sarsıntı, eləcə də uzun müddətdir axtarılan bir kəşfin ölümcül nəticələrə səbəb ola biləcəyi iddiası da diqqət çəkir.
Lakin mütəxəssislər Nostradamusun əsərlərində 2027-ci ilə dair konkret tarixin göstərilmədiyini, səsləndirilən ssenarilərin mətnlərin müasir dövrdə fərqli yozumlarına əsaslandığını bildirirlər.