ABŞ seçkiləri: Həm Senat, həm də Nümayəndələr Palatası Demokratların nəzarətinə keçdi – Yenilənib – Foto

ABŞ-da Konqresə aralıq seçkilərində Nümayəndələr Palatasına seçkilərdə Demokratlar lazımi çoxluğu əldə ediblər.

“NBC News”a istinadən, son hesablanan səslərə əsasən, Demokratlar 218, Respublikaçılar isə 113 mandat əldə ediblər.

Senata seçkilərdə də Demokratlar öndədir. Hazırki nəticələrə görə Demokratlar Senatda 52, Respublikaçılar isə 41 mandat qazanıblar.

Qeyd edək ki, ABŞ-da keçirilən aralıq seçkilərdə Senatın 100 üzvündən 35-i, Nümayəndələr Palatasının isə bütün 435 üzvü seçilir. Həmçinin 36 ştatda qubernator seçkiləri keçirilir.

***08:16

ABŞ-da Konqresə aralıq seçkilərində Nümayəndələr Palatasına seçkilərdə demokratlar 148, respublikaçılar isə 89 mandat əldə ediblər.

Bu barədə “NBC News” məlumat yayıb.

Bu vaxtadək hesablanan səslərə əsasən, senatda demokratlar 49, respublikaçılar isə 37 mandata sahibdirlər.

Ştatlar üzrə qubernator seçkilərində isə demokratlar 18, respublikaçılar isə 11 yerə sahibdirlər.

Qeyd edək ki, ABŞ-da keçirilən aralıq seçkilərdə Senatın 100 üzvündən 35-i, Nümayəndələr Palatasının isə bütün 435 üzvü seçilir. Həmçinin 36 ştatda qubernator seçkiləri keçirilir.