Rusiyada iki azərbaycanlı yol-nəqliyyat hadisəsi nəticəsində həlak olub.
Oxu.az-a istinadən, hadisə Moskva-Çelyabinsk magistral yolunun 1230-cu kilometrliyində, Severnı rayonunda baş verib.
İlkin məlumata görə, "Ford Fokus" markalı avtomobilin sürücüsü ötmənin qadağan olunduğu yerdə qarşı hərəkət zolağına çıxaraq yük maşını ilə toqquşub.
Nəticədə avtomobilin sürücüsü hadisə yerində həyatını itirib. Sərnişin isə təcili tibbi yardım avtomobilində xəstəxanaya aparılarkən dünyasını dəyişib.
Ölənlərin şəxsiyyəti dəqiqləşdirilir.
Faktla bağlı polis əməkdaşları araşdırma aparırlar.