Azərbaycan və Latviya konsulluq məsləhətləşmələri keçirib, konsulluq xidmətlərinin rəqəmsallaşdırılması və praktiki əməkdaşlığın genişləndirilməsi müzakirə olunub.
Bu barədə Azərbaycanın Latviyadakı səfiri Nərminə Mustafayeva "X" sosial şəbəkəsindəki səhifəsində bildirib.
"Riqada hər iki ölkənin Xarici İşlər nazirliklərinin və aidiyyəti qurumlarının nümayəndələrinin iştirakı ilə Azərbaycan və Latviya arasında konsulluq məsləhətləşmələri keçirilib. Müzakirələrin mərkəzində konsulluq xidmətlərinin rəqəmsallaşdırılması, təcrübə mübadiləsi və daha sıx praktiki əməkdaşlıq imkanları məsələləri olub. Səmimi qəbula və konstruktiv qarşılıqlı fəaliyyətə görə latviyalı həmkarlarımıza minnətdarıq", - o yazıb.