İki dəfə evlənib-boşandığı aktrisadan danışan Sinan: "Unudulması çətin qadındır"

Məşhur müğənni Sinan Akçıl şəxsi həyatı ilə gündəmə gəlib.

Sənətçi açıqlaması zamanı keçmiş həyat yoldaşı, aktrisa Burcu Kıratlıdan danışıb.

Sənətçi Burcu ilə iki dəfə evlənib-boşanmasına baxmayaraq, hələ də onu unutmadığını deyib:

"Burcu unudulması çətin qadındır. Onunla üçüncü dəfə də evlənə bilərəm".

Cütlüyün uzun müddətdir yenidən, yəni üçüncü dəfə eşq yaşamağa başladığı bildirilib.

Xatırladaq ki, onlar ilk dəfə 2019-cu ildə Türkiyənin Amsterdamdakı konsulluğunda nikah masasına əyləşib. 9 ay sonra boşanıblar. Buna səbəb Burcunun Sinanı çox qısaqanması olub.

İkinci dəfə onlar 2021-ci ildə təmtəraqlı toy məclisi ilə ailə qurublar. Bu evlilik də cəmi 15 ay davam edib.

2022-ci ildə 3 dəqiqə davam edən məhkəmədə cütlük boşanıb.