Gəncədə 88 yaşlı qadın öldürüldü

Gəncə şəhərində 88 yaşlı qadın qətlə yetirilib.

Yenicag.az-ın əldə etdiyi məlumata görə, oktyabrın 28-də Gəncə şəhəri, H.Z.Tağıyev küçəsində yaşayan 1938-ci il təvəllüdlü Gülsüm Əliyevanın yaşadığı ünvanda qocalığa görə ölməsi ilə bağlı yaxınlarına məlumat verilib.

Polis əməkdaşlarının apardıqları araşdırmalar nəticəsində məlum olub ki, 88 yaşlı qadın bacısı oğlu, əvvəllər məhkum olunmuş 1967-ci il təvəllüdlü Əli Məmmədov tərəfindən döyülərək qətlə yetirilib.

Şübhəli şəxs saxlanılaraq istintaqa cəlb edilib./Oxu/