“ABŞ cari ilin sonunadək İsrailə ildə 4 milyard dollar həcmində maliyyə yardımını dayandıracaq”.
Bunu ABŞ Prezidenti Donald Tramp deyib.
“İsrailə ödənişlərə gəlincə, Bibi (Benyamin - red.) Netanyahu ilə razılaşma əldə etmişik. Həmin razılaşmaya əsasən, İsrailə hər il 4 milyard dollar ödəyirik. Bir neçə ay əvvəl ödənişləri dayandırmaq barədə razılığa gəldik, onlar da bununla razılaşdılar, çünki İsrail çox uğurlu ölkəyə çevrilib. İlin sonunadək İsrailə ödənişləri dayandıracağıq”, - Tramp “Fox News” telekanalının efirində bildirib.
ABŞ Prezidenti söhbətin hansı sahədə göstərilən yardımdan getdiyini dəqiqləşdirməyib./teleqraf