Bakı, 3 noyabr, AZƏRTACBəyənsək də, bəyənməsək də təkzibolunmaz faktdır ki, virtual aləmdə şəxsi fəallığımızın dərəcəsindən asılı olmayaraq, sosial şəbəkələrin gündəlik həyatımızdakı payı durmadan artır. Kimliyindən və sosial statusdan asılı olmayaraq istənilən şəxs hər bir an virtual aləmdə baş verən “macəralı” hadisələrin qəhrəmanına çevrilə bilər. Vəziyyət o səviyyəyə qədər “inkişaf” edib ki, virtual aləm artıq “oğru dünyasında” olduğu kimi öz qayda-qanunları ilə yaşayır. Əlbəttə ki, mövcud tendensiyanın inkişafı gələcəkdə hətta təsəvvür belə edə bilmədiyimiz təhdidlərlə üzləşməyimizin ehtimalını artırır. Cəmi bir kiçik texniki tapşırığın sayəsində süni zəka özü “kibertəxribatın” ssenarisini yazır və özü də müəyyən olunmuş ssenariyə əsasən həmin təxribatı mərhələli şəkildə həyata keçirir. Odur ki, rəqəmsal texnologiyaların inkişafına rəğmən şantaj öz mövqelərini müasir siyasətdə yenə də qüvvətləndirir. Təsvir etdiyimiz mənzərə heç də fantastik janrda çəkilmiş filmin ssenarisi deyil, hadisələrin bu cür inkişafı artıq müasir dövrün siyasi gündəliyidir. Bu fikirləri AZƏRTAC-a açıqlamasında politoloq Asif Adil bildirib.Onun sözlərinə görə, süni zəkanın anbaan dəyişilən alqoritmləri sayəsində demək olar ki, siyasətdə “fakt” amili şərti və müvəqqəti məfhuma çevrilib. Olduqca düşündürən və gələcəkdə siyasətin matrisasını dəyişdirə biləcək sözügedən amili müasir siyasi münasibətlərdə nəzərə almamaq mümkünsüzdür. Ölkəmizə qarşı uzun illər ərzində aparılan və artıq hətta alışdığımız informasiya müharibəsi xəbərimiz olmadan siyasi münasibətlərin qaydalarını tədricən dəyişdirməyə müvəffəq olub.“Heç şübhəsiz ki, mövcud istiqamətdə yaşanan bütün tendensiyalar əsla təsadüfi deyil. Əksinə, onlar bilavasitə sosial-siyasi mühəndisliyin məhsuludur. Odur ki, yaxın gələcəkdə daha “ekstravaqant” informasiya təxribatlarına şahidlik edəcəyimizi proqnoz etmək çətin deyil. Bəli, internet texnologiyalarının sayəsində əlahəzrət “fakt” artıq abstrakt bir məfhuma çevrilib. Təsadüfi deyil ki, faktların siyasətə təsiri ildən-ilə azalır, əvəzində isə emosiyaların rolu sürətlə artır.Mövcud kontekstin inkişafında maraqlı bir sosial-psixoloji qanunauyğunluğu qeyd edə bilərik. Belə ki, faktların siyasətdə təsir qüvvəsi azaldıqca əhalinin ictimai şüurunda qaçılmaz olaraq şübhə hisslərinə ayrılan yer əhəmiyyətli dərəcədə artır. Qarşılıqlı şübhə hisslərinə total şəkildə yoluxmuş cəmiyyətdə isə etiraz mədəniyyətinin yayılması üçün münbit şərait yaranır. Məhz konkret cəmiyyətdə etiraz mədəniyyətinin yayılmasına hesablanmış sözügedən mürəkkəb siyasi texnologiyanın strateji hədəfi cəmiyyətin ideoloji parçalanmasıdır. Odur ki, texnoloji inkişaf sayəsində insan övladı yaşamaq üçün artıq digər planetlərə köçməyə hazırlaşmasına rəğmən, ibtidai emosiyalar, şantaj və əxlaq normaları tanımayan “kirli” manipulyasiyalar nəinki gündəlik siyasətdə hələ də qalıb, onlar hətta öz aktuallığını artıra bilib. Beləliklə, kütlədə etiraz qığılcımı yarada biləcək emosional manipulyasiyalar yenə də siyasətin əsas kürsüsünə qayıdır. Əlbəttə ki, bu məyusedici mənzərə inkişafın təzahürü deyil”, - deyə Asif Adil bildirib. O deyib ki, qeyd olunan tendensiyalar sayəsində ictimai-siyasi münasibətlərdə klassik hesab olunan “Kimin adamıdır?” sualı da artıq öz ilkin mənasını və aktuallığını tədricən itirir. Çünki virtual reallığın dominantı şəraitində heç kim sığortalı deyil və hər kəs istənilən zaman informasiya təxribatlarının hədəfinə çevrilə bilər. Hətta internetin “xofundan” qorxduğu üçün kompüteri şəbəkəyə qoşmayan şəxs belə rahatlıqla konkret siyasi prosesin iştirakçısına çevrilə bilir. İstisnasız olaraq hər birimizin virtual kabusu internetin sərhəd tanımayan məkanında dolaşır. Mövcud proses artıq geriyədönməz nöqtəni keçib və görünən odur ki, süni zəka Makiavellizmi çox gözəl mənimsəyib.“Odur ki, müasir siyasi münasibətlərdə köhnə metod və vasitələrə üstünlüyün verilməsi problemin həllinə yox, onun daha da dərinləşməsinə xidmət edə bilir. Özümüzü aldatmamalıyıq, peşəkar fəaliyyətdə düşüncə və yanaşmalar mütləq dəyişilməlidir. Prezident İlham Əliyevin “Ona görə ideoloji işin düzgün qurulması, şablonlardan əl çəkmək, hansısa formal xarakter daşıyan tədbirlərdən əl çəkmək vaxtı gəlib çatıb. Yəni yeni, müasir ideoloji işlər aparılmalıdır,” - sözləri də sözügedən dəyişikləri labüd edən açıq çağırışdır”, - deyə politoloq vurğulayıb.
Bu gün
700 xəbər bu gün
Vüqar Hüseynov
İbrahim İbrahimov
UEFA
ABŞ prezidenti
Ölkəmizdə kredit götürən vətəndaşların işsiz qalacağı təqdirdə borc öhdəliklərinin sığorta hesabına qarşılanmasını nəzərdə tutan yeni mexanizmin tətbiqi kredit bazarında yeni mərhələnin başlanğıcını qoyur. Sözügedən…
Hazırda həbsdə olan Balakən Rayon İcra Hakimiyyətinin sabiq başçısı İslam Rzayevin qızı Fəridə Rzayeva yenidən hakim vəzifəsinə təyin edilib. Gununsesi.info-ya istinadla, Prezident İlham Əliyev bugünlərdə birinci…
“Bayağı mahnılar haqda çox danışmışam. Marketdə ən çox satılan çörək və tualet kağızıdır. Heç kimin ağlına gəlmir ki, onları eyni səviyyəyə qoysun. Onlar danışan tualet kağızıdırlar”. Bu sözləri Xalq artisti Faiq Ağayev…
Ucarda ölümlə nəticələnən bədbəxt hadisə baş verib. Hadisə dünən saat 14 radələrində rayonun Qulabənd kəndində qeydə alınıb. Belə ki, 1988-ci il təvəllüdlü Xankişiyev Elvin Muxtar oğlu qonşusunun evinin həyətyanı…
Bakıda Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə III Beynəlxalq Sağlamlıq Turizmi Konfransı keçirilir. Konfrans Azərbaycanın tibbi turizm və sağlam yaşam turizmi potensialının beynəlxalq səviyyədə tanıdılması…
Futzal üzrə DÇ-2028-in əsas mərhələsinin Azərbaycan – Çexiya matçını İtaliyadan olan hakimlər briqadası idarə edəcək. XII qrupun qarşılaşmasında baş hakim Kiara Perona olacaq. Ona Martina Pikkolo və Simone Zanfino kömək…
İsmayıllı rayonunda avtomobil 56 yaşlı kişini vuraraq öldürüb. Noyabrın 3-də saat 19:00 radələrində Muğanlı-İsmayıllı yolunun rayonun Tircan kəndindən keçən hissəsində İlqar Əliyev idarə etdiyi "Hyundai" markalı…
Bakı, 4 noyabr, AZƏRTAC Bu gün futbol üzrə UEFA Çempionlar Liqasının Liqa mərhələsində IV turun növbəti oyunları keçiriləcək.AZƏRTAC xəbər verir ki, bu gün daha 9 qarşılaşma baş tutacaq.Türkiyənin “Fənərbağça” klubu…
Bakı, 4 noyabr, AZƏRTAC Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyasının qiyməti 74,58 dollar artaraq 4007,62 dollar təşkil edib.AZƏRTAC xəbər verir ki, gümüşün qiyməti isə 1,78 dollar artaraq 51,51…
Bakı, 4 noyabr, AZƏRTACDünya birjalarında neft qiymətləri müxtəlif istiqamətlərdə dəyişib.AZƏRTAC xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti…
Bakı, 4 noyabr, AZƏRTAC Sabunçu və Suraxanı rayonlarında fəaliyyət göstərən “Balakhani Operating Company LTD”, “Surakhani Oil”, “Ramana Oil” və “Gulf Drilling Supply Fze” hasilat və qazma şirkətlərində çalışan 400-ə…
İsmayıllı, 4 noyabr, AZƏRTAC İsmayıllı rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə Muğanlı–İsmayıllı avtomobil yolunun rayonun Tircan kəndi ərazisindən…
Bakı, 4 noyabr, AZƏRTAC İkitəkərli nəqliyyat vasitələrinin sürücüləri piyada keçidlərindən istifadə edərkən nəqliyyat vasitəsindən düşərək yolu piyada kimi keçməlidirlər.AZƏRTAC xəbər verir ki, bu barədə Daxili İşlər…
4 noyabr saat 12:00-dan etibarən Heydər Əliyev adına Beynəlxalq Hava Limanı-Bilgəh avtomobil yolunun Buzovna dairəsinin altında yerləşən yol qovşağında 90 m³-lik nasosxana anbarının təmizlənməsi işləri aparılacaq.ONN…
İstər velosiped, istər skuter, istərsə də moped və motosiklet idarə etməyinizdən asılı olmayaraq, keçidlərdən istifadə edərkən siz də piyada sayılırsınız. Təəssüf ki, bəzi ikitəkərli nəqliyyat vasitələrinin sürücüləri…
“Yelo Bank” ASC-nin səhmdarları dekabrın 3-də keçiriləcək növbədənkənar ümumi yığıncaqda İdarə Heyətinin sədrinin və üzvlərinin vəzifələrinə yenidən təyin olunması məsələsinə baxacaqlar. Bankın bildirişinə istinadən…
Access2Success layihəsi bu il beşinci dəfə qadın sahibkarları bir araya gətirir. AccessBank-ın təşəbbüsü və Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) dəstəyi ilə həyata keçirilən proqram qadınların biznes…
Filologiya elmləri doktoru, professor, Azərbaycan Dövlət Pedaqoji Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru Mahirə Nağıqızı Hüseynovanın bu gün – noyabrın 4-də 66 yaşı tamam olur. Mahirə Hüseynova 1960-cı il…
Sabunçu və Suraxanı rayonlarında fəaliyyət göstərən “Balakhani Operating Company LTD”, “Surakhani Oil”, “Ramana Oil” və “Gulf Drilling Supply Fze” hasilat və qazma şirkətlərində çalışan 400-ə yaxın 1-ci və 2-ci Qarabağ…
Председатель парламента Ирана Мохаммад-Багер Галибаф, комментируя итоги промежуточных выборов в США, заявил, что американские избиратели выступили против войны, и Тегеран поддерживает эту позицию. «Совесть или...
İnsan hüquqları üzrə Avropa Məhkəməsində Əli Kərimlinin Azərbaycana qarşı (N 33395/26) iddiasına baxılması üzrə uzunmüddətli proses yekunlaşıb. Qafqazinfo.az-a istinadən, Ramiz Mehdiyev və digərləri ilə birlikdə…
Ucarda ölümlə nəticələnən bədbəxt hadisə baş verib. Hadisə dünən saat 14 radələrində rayonun Qulabənd kəndində qeydə alınıb. Belə ki, 1988-ci il təvəllüdlü Xankişiyev Elvin Muxtar oğlu qonşusunun evinin həyətyanı…
Xalq artisti Firəngiz Mütəllimova sosial media hesabında arxiv fotosunu yayımlayıb. Aktrisa şəklin illər əvvəl Şuşada çəkildiyini bildirib. F.Mütəllimova paylaşımına "Şuşa.1974 cü il" qısa şərhini yazıb. (Axşam.az)
“Qənirə xanımın müəllifi və layihə rəhbəri olduğu “Addım-addım Türkiyə” verilişi onun ölümündən sonra əvvəl Aztv-də, sonra isə Mədəniyyət tv-də efirə getdi. Demək olar ki, verilişin bütün bölümləri yayımlanıb, son 1-2…
Bakıda avtomobil piyadanı vurub. Lent.az-a istinadla, hadisə Qaradağ rayonu, "Abşeron" Ticarət Mərkəzinin qarşısında baş verib. İbrahimov İbrahim Arzu oğlu idarə etdiyi “VAZ-21154” markalı avtomobillə yolu keçən 80 yaşlı…
Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi skuter, moped və velosiped sürücülərinə xəbərdarlıq edib. Mərkəzdən Moderator.az-a verilən xəbərə görə, həmin nəqliyyata vasitələrini idarə edən şəxslərin…
Azərbaycanda fəaliyyət göstərən “SYNTAX” Qapalı Səhmdar Cəmiyyəti (QSC) təşkilati-hüquqi formasını dəyişərək Məhdud Məsuliyyətli Cəmiyyətə (MMC) çevrilir. Şirkətin yenidən təşkili ilə əlaqədar dövriyyədə olan səhmləri…
Noyabrın 3-də ölkə ərazisində qeydə alınan 44, əvvəlki dövrlərdən bağlı qalan 30 cinayətin açılması polis tərəfindən təmin olunub. DİN-in Mətbuat Xidmətindən Redaktor.az-a verilən məlumata görə, axtarışda olduğuna...
İnsan hüquqları üzrə Avropa Məhkəməsində Əli Kərimlinin Azərbaycana qarşı (N 33395/26) iddiasına baxılması üzrə uzunmüddətli proses yekunlaşıb. “Qafqazinfo”ya istinadla, Ramiz Mehdiyev və...
Bəzi iki təkərli nəqliyyat vasitələrinin sürücüləri piyadalar üçün təhlükəli vəziyyət yaradırlar. Bu barədə Redaktor.az-a Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat...
Macarıstan Rusiya neftindən imtina etməyə və Avropa İttifaqının müəyyən etdiyi müddətə uyğun olaraq 2027-ci ilin payızınadək Rusiya qazının idxalını dayandırmağa hazırlaşır. Ölkə enerji təchizatında alternativ mənbələrə…
Ermənistanda baş verən ağır yol-nəqliyyat hadisəsi nəticəsində 9 nəfər həyatını itirib, daha 3 nəfər xəsarət alıb. Ermənistan Daxili İşlər Nazirliyinin Xilasetmə Xidmətinin məlumatına…