"Abşeron" Ticarət Mərkəzinin qarşısında 80 yaşlı kişini maşın vurub öldürdü

Bakıda avtomobil piyadanı vurub.

Lent.az-a istinadla, hadisə Qaradağ rayonu, "Abşeron" Ticarət Mərkəzinin qarşısında baş verib.

İbrahimov İbrahim Arzu oğlu idarə etdiyi “VAZ-21154” markalı avtomobillə yolu keçən 80 yaşlı Əhmədov Əfsər Əkbər oğlunu vurub. Yaralı aldığı xəsarətlərdən xəstəxanada ölüb.

Faktla bağlı cinayət işi başlanıb.