Bundesliqa klublarından “Bavariya”nın qapıçısı Manuel Noyer UEFA Çempionlar Liqasının tarixində ən çox oyun keçirən futbolçuların siyahısında üçüncü pilləyə yüksəlib.
40 yaşlı almaniyalı qolkiper Liqa mərhələsinin IV turunda Madrid “Atletiko”su ilə səfər matçında meydana çıxmaqla turnirdəki oyunlarının sayını 164-ə çatdırıb.
Bununla da Noyer sabiq komanda yoldaşı Tomas Mülleri (163 oyun) və Lionel Messini geridə qoyub.
Qeyd edək ki, Noyer 2011-ci ildən “Bavariya”da çıxış edir. O, Münhen təmsilçisi ilə iki dəfə – 2012/2013 və 2019/2020 mövsümlərində Çempionlar Liqasının qalibi olub.
Turnir tarixində ən çox oyun keçirən futbolçular Kriştianu Ronaldu (183) və İker Kasilyasdır (177).