Meşədə yanmış meyiti tapılan şəxs məmur imiş - YENİLƏNİB

Üç gün öncə Oğuzda meşədə Aqil Rəsulov adlı şəxsin yanmış meyiti tapılıb.

"Ölkə.az"a istinadən, həmin şəxs Həbib Babayev adına 1 nömrəli tam orta məktəbin təsərrüfat işləri üzrə direktor müavini vəzifəsində çalışırmış.

Hadisənin təfərrüatı hələlik məlum deyil.

Qeyd edək ki, 1965-ci il təvəllüdlü A.Rəsulovun yanmış meyiti oktyabrın 31-i səhər saatlarında şəhərin meşəlik ərazisində tapılıb.

Faktla bağlı Oğuz Rayon Prokurorluğunda araşdırma aparılır.

***

2 noyabr, saat 10:50

Oğuzda meşədə meyit tapılıb.

Oğuz şəhər sakini, 1965-ci il təvəllüdlü Aqil Ədil oğlu Rəsulovun yanmış meyiti meşəlik ərazidə aşkar edilib.

Araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.