Uoll-strit analitikləri şirkətin gəlirinin 113,39 milyard dollar olacağını proqnozlaşdırırdılar.
Apple-ın ötən rüb üzrə xalis mənfəəti 11,8% artaraq 30,711 milyard dollara yüksəlib. iPhone satışlarından əldə edilən gəlir rüblük rekord səviyyəyə, 57,5 milyard dollara çatıb. Səhm üzrə mənfəət bazarın gözlədiyi 1,99 dollar əvəzinə 2,1 dollar təşkil edib.
Bütün maliyyə ilinin yekunlarına görə, Apple-ın gəliri ötən illə müqayisədə 15,1% artaraq rekord 478,8 milyard dollara çatıb.
Apple bildirib ki, dekabrda başa çatacaq rübdə ümumi mənfəət marjasının 45–46% səviyyəsində olacağını gözləyir. Bu göstərici əvvəlki rübdə qeydə alınmış 47,9%-dən aşağıdır. Şirkətin xidmətlərdən əldə etdiyi gəlirin 8–9% artacağı proqnozlaşdırılır ki, bu da analitiklərin 10,7%-lik artım gözləntisindən aşağıdır.
Bu fonda Apple-ın səhmləri ABŞ-də birjaöncəsi ticarətdə 3% ucuzlaşıb.